Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.
Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübə qazanırlar.
Könüllülük proqramında iştirak etmək istəyənlər aşağıdakı linkdən istifadə etməklə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/8NtjPtAjyztM7j287
Mənbə: bsu.edu.az