Kateqoriya: Könüllülük

“Məktəbli könüllü” proqramına seçim davam etməkdədir.

post-img

“Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunmuş “Məktəbli könüllü” proqramı Azərbaycanda ilk dəfə olaraq 8, 9, 10 və 11-ci sinif şagirdlərini sistemli şəkildə könüllü fəaliyyətə cəlb edir.

 

Sözügedən proqramın məqsədi məktəblilər arasında sosial inkişafı təmin etmək, komanda işini formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək və eyni zamanda məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək olan gənc nəsil formalaşdırmaqdır.

 

Bu layihə ilkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərində həyata keçirilir.

 

Qeyd edək ki, proqrama üzv olmaq istəyən şəxslər 29 fevral tarixinə qədər qeydiyyatdan keçməlidirlər. (https://forms.gle/jY4cK2UxqNBQ7UgU7)


Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə mekteblikonullu@konullu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart