Kateqoriya: Xəbərlər

MİQ-in test imtahanları izlənilib

post-img

İyulun 13-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə mediatur keçirilib. Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri,  media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar imtahan prosesini izləyiblər. 

 

Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, yüksək bilik və bacarığa malik perspektivli müəllimləri seçmək, tədris prosesinin keyfiyyətini yüksəltmək müsabiqənin əsas məqsədlərindəndir. Həsən Həsənli həmçinin yeni və peşəkar kadrların cəlb edilməsi ilə son iki ildə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfərin işə qəbul olunduğunu qeyd edib.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin məqsədi, təşkili qaydalarını və yenilikləri diqqətə çatdırıb.

 

Mediatur iştirakçılarına məlumat verilib ki, bu il MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Əvvəlki illərdən fərqli olaraq, imtahan zamanı namizədlərə 150 dəqiqə vaxt verilir. Bununla yanaşı, ilk dəfə olaraq eyni seansda 8 000-dən artıq namizəd imtahana qatıla bilir ki, bu da namizədlər arasında daha ədalətli rəqabət imkanı yaradır.

 

Daha sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Mənbə; edu.gov.az

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart