Kateqoriya: Xəbərlər

Yeni düşüncə mərkəzi qurulur!

post-img

"Türk Dünyası Kürşad Dərnəyi", "Sonuncu Əsr" Maarifçi Gənclər Klubu, "Gənclərin Karyera və Yüksəliş Mərkəzi" İctimai Birliyi birləşərək fəaliyyətini "Alliance of Cooperation for the Unity of Nations"-adlı düşüncə mərkəzi olaraq davam etdirmək qərarını alır.Bu birliyin adının qısaltması baş hərflərinə müfaviq olaraq, həmçinin qlobal fəaliyyəti özündə ehtiva edən qədim göktürkcə dünya mənasına gələn "A.C.U.N" Club olaraq davam etdirəcəkdir.A.C.U.N Club aşağıdakı 3 prinsip və istiqamətdə fəaliyyət göstərəcəkdir.

Baza Hədəflər

  1. Pozitivist Düşüncə Mərkəzi

    Qurumumuz İqtisadi, Sosial, Akademik, Elmi kontekstdə lokal və qlobal problemləri araşdırır, problemlərin həlli üçün dünya təcrübəsi və elmi innovasiyaları təhlil edir və təkliflər hazırlayır.Positif düşüncə, bütün problemlərin elmin və düşüncənin gücüylə həll edilə biləcəyinə inamdır. Positif düşüncəmiz, praqmatik davranışa söykənir və qlobal problemlərin həllinə positif yanaşmanın həllin başlanğıcı olduğu prinsipi qəbul edilir.Aşağıdakı qrup beynəlxalq problemlər bizim maraq dairəmizə aiddir İqtisadi Kültürəl İctimai Ekoloji Evrensel.

  2. Fəlsəfi aydınlıq

    Aksioloji əsaslı paradiqmalar, modern fəlsəfə, bu yöndə analoji problemlərin öyrənilməsi ikinci əsas baza məramıdır.

    İnsanın Fərdiyyət problemləri.

    ULUS kimliyi və Dünya vətəndaşlığı paradoksu, dünyanın vahid evimiz olduğu, problemlərin local yox qlobal olduğu səciyyəsinin araşdırılması.

    Günümüz insanının aydınlanma sorunu, idel cəmiyyət, ideal şəxsiyyət axtarışı.Varlıqsal aydınlanma.Ontolojik sorğulama, varlıqların, ideya və materiya fonunda deterministik araşdırılması

    Bu istiqamətdə əsas mövzularımızdır.

  3. İdeoloji Məram

    Azərbaycançılıq, Bütöv Azərbaycan və Türk dillli xalqların inteqrasiyası məsələləri, bütün dünya insanlığının rifah və sülh içərisində yaşam qurumunun əsas ideoloji kontekstini təşkil edir.Türk Dünyasının iqtisadi və ideolojik bazasının öyrənilməsi,Türkçülük,Turançılıq günümüz geosiyasi xilas modeli kimi.Bütöv Azərbaycan, Güney Azərbaycan,Qərbi Azərbaycan,İraq Azərbaycanı, Dünya Azərbaycanlıları mövzusunun öyrənilməsi əsas istiqamətlərdəndir.

    Qurum bu baza prinsiplər üzərində aşağıdakı metodlarla hərəkət edir:

    1.Elmi tədqiqatlar araşdırmalar.

    2.Yayınlar və kitablar.

    3.Kurslar, treninglər diskursiya klubları və vebinarlar

    4.Bütün bunlardan irəli gələn digər layihə və tədqiqatlar.

    Qurumun sosial medya hesabları:

 FB:https://www.facebook.com/profile.php?id=100064935720841

Instagram: https://www.instagram.com/acun_club/

#ACUNClub 


Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart