Kateqoriya: Xəbərlər

Elm və təhsil naziri Lerikdə vətəndaşları qəbul edib

post-img

İyulun 10-da elm və təhsil naziri Emin Əmrullayev Lerik rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak ediblər. 

 

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   
 
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, təhsil müəssisələrinin təmir-tikinti işləri, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   
 
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Mənbə: edu.gov.az

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart