Kateqoriya: Xəbərlər

Peşə təhsili müəssisələrinə direktor və ya direktor müavinlərinin işə qəbuluna start verilib

post-img

İyulun 7-də Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini işləmək istəyənlər üçün elektron qeydiyyat prosesinə start verilib. Müsabiqədə iştirakla bağlı namizədlər  iyulun 20-dək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər. 
  
Müsabiqə elektron ərizə qeydiyyatı və vakant yerlərin seçimi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər iyulun 26-da test imtahanına cəlb ediləcəklər. İmtahanda namizədlərə qanunvericilik və məntiq üzrə suallar təqdim olunacaq. 
  
Peşə təhsili müəssisələrində direktor və direktor müavini işləmək istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunmuş minimum tələblər aşağıdakılardır: 
     

  • Direktor – ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli, müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər;  
  • Direktor müavini – ali  təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli, müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər. 

  
Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub. 

 

Vakansiya siyahısı


Direktor vəzifəsi üzrə müsabiqə proqramı


İnzibati və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı


Tədris-istehsalat işləri üzrə və tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı


 Mənbə: edu.gov.az

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart