Bu gün ölkəmizdə ilaxır çərşənbə - torpaq çərşənbəsi qeyd olunur.
Novruzdan əvvəl qeyd edilən 4 çərşənbədən sonuncusu olan bu çərşənbə torpağın oyanmasını, dirçəlməni və s. ifadə edir.
İlaxır çərşənbə bəzən Novruz bayramından da təntənəli qeyd edilir. Bu gün bayram süfrəsi açılır, milli mətbəxin ən ləziz təamları hazırlanır, bayram tonqalı qalanır. Bir çox adətlər var ki, onlar yerinə yetirilir.
Bu il ölkəmizə yaz fəsli martın 20-si saat 07:06-da daxil olacaq. Gecə ilə gündüz bərabərləşəcək.