2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 16 mart 2024-cü il tarixində, saat 11:00-da “Gig İqtisadiyyatı”nın Hüquqi Tənzimlənməsi: Sərbəst İşçi Statusu və Mövcud Boşluqlar” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu, hüquqşünas Mehri Quliyevanın təqdimatında baş tutacaqdır.
Forumun nəzəri hissəsində:
- “Gig iqtisadiyyatı”nın mahiyyəti və hüquqi tənzimlənməsi;
- ”Gig iqtisadiyyatı”nda işçi və işəgötürənin hüquqi statusu;
- Sərbəst işçinin hüquqi statusunun meyarları;
- Əmək qanunvericiliyi çərçivəsində qorunan və qorunmayan hüquqlar;
- ”Gig iqtisadiyyatı”nın milli və beynəlxalq təcrübədə tənzimlənməsinin müqayisəli təhlili, habelə digər əlaqəli məsələlər barədə məlumat veriləcəkdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli kazuslar və məhkəmə işləri ətrafında müzakirə aparılacaqdır.
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (1999).
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1999).
3. Justin Azar, Portable Benefits in the Gig Economy: Understanding the Nuances of the Gig Economy, 27 Geo. J. on Poverty L. & Pol'y 409 (2020).
https://drive.google.com/file/d/1ocA-WCH9sogLCXLSdR_1j8I59scnvUyL/view?usp=drivesdk
4. Kathleen DeLaney Thomas, Taxing the Gig Economy, 166 U. Pa. L. Rev. 1415 (2018).
https://drive.google.com/file/d/108M-NBNlFSOOoA5afhK6namKkG1EHaSH/view?usp=drivesdk
5. Mimansa Arya, Gig Economy: An Unorganised Sector, 3 Jus Corpus L. J. 34 (2023).
https://drive.google.com/file/d/1ctFQM1HTrFu6-TfQcDbqKYY0Stg66RU9/view?usp=drivesdk
6. Andrew G. Malik, Worker Classification and the Gig-Economy, 69 Rutgers U. L. Rev. 1729 (2017). https://drive.google.com/file/d/1oE_r2kqiUgfHVewDKJBLJAuhd4k7J78k/view?usp=drivesdk
7. M. V. Chandramathi, Gig Economy: A New Work Arrangement, 4 Int'I J. L. Mgmt. & Human 1110 (2021). https://drive.google.com/file/d/1PSn71gzhVZnUrzfcgv7ijuwwJuTWeOZl/view?usp=drivesdk