Kateqoriya: Xəbərlər

Bu gün ölkəmizdə yel çərşənbəsi qeyd olunur

post-img

Novruzun gözəl çərşənbələrindən üçüncüsü martın 8-də yurdumuza qədəm qoyurXalqarasında ona Yel çərşənbəsiKülək çərşənbəsiHava çərşənbəsiYelli çərşənbə,Küləkoyadan çərşənbə deyirlərBeləcəBoz ayın müqəddəs çərşənbələrindən sayılan təbiətin ünsürləri ilə bağlı olan Sudan içdikOddan keçdikindi  Küləyin həzin mehinəbələnirik.

Qədim etiqadlara görəbu çərşənbə axşamında oyanan külək ərzi dolaşaraq suyuoduhərəkətə gətirirYel çərşənbəsində əsən mehin küləyin  ahəngində bir hərarət olurGün ərzində havanın bir neçə dəfə dəyişməsi küləyin təmizlənməsi kimi başa düşülürHərbir çərşənbənin öz adıöz mənasıöz yozumu varFolklor nümunələrindəxüsusilə dastanlarımızdaeləcə  əski etiqadlarda Yer üzündə küləyin iki rəngi göstərilirqara  Hətta deyimlərdə belə bir ifadə var kihansı qarğışdanxoşa gəlməyən ifadədən narazılıqyaranarsanənələr tez deyərdi: "Ağzından qara yellər aparsın". Yaxud da eləobayaailəyənəslə xeyir-dua verəndə söyləyərdilər: "Üstünüzə  yellər əssin". Xəzərətrafıxüsusilə Abşeron bölgəsində küləyin başqa adları varXəzri  GilavarƏski inamlara görəqarakülək siyah külək bəyazxəzri göygilavar isə qırmızı libasda təsvir edilirBu rənglərin mifik mənaları varDeyilənə görəçərşənbə bayramında yurdumuzda dolaşan küləkməhz bu dördlüyün rəngindən özünə pay alır  qısa müddətdə aləmi gəzirOna görə hava təbdən-təbərəngdən-rəngə düşür.

İlaxır çərşənbəsinin məhz üçüncüsünün Küləklə bağlanması qədim zamanlardanmövcuddurŞifahi xalq yaradıcılığında Yelin müqəddəsliyiucalığıqüdrəti ilə bağlımüxtəlif nəğməmifəfsanəinancatalar sözübayatılartapmacalar var.

İnsanın odasuyaküləyətorpağa ehtiyacı yalnız Novruz günlərində baş qaldırmırSadəcəNovruz şənliklərində bu ünsürlərin adı ilə bağlı İlaxır çərşənbələrinin məhəbbətlətəntənə ilə qeyd edilməsi etiqadla bağlıdırQəribədirmüdrik fikirlər elə məntiqi əsasasöykənib kihər oxuduqca sənə yeni gəlir  düşünürsənMəsələn, "Yel qayadan  aparar", "Yelnən gələnselnən gedər", "Yel apardığını qaytarmaz", "Yelin işini bilmək olmaz", "Külək kimi hərdən bir yana əsməifadələri tarixin sınağından çıxıbBayatı  ağılarda daküləklə bağlı yaddaqalandillər əzbəri olanhətta mahnıyanəğməyə çevrilən folklornümunələri çoxdur:

 

Yel əssin yelə dəysin,

Meh əssin telə dəysin.

Tək əldən  çıxar,

Əl gərək ələ dəysin.

 

* * *

 

Xırmanda şana qaldı,

Yel əsdi şana qaldı.

Xırmana bir qız gəldi,

Saçı nişana qaldı.

 

Bilməcələrdə  xalqın təfəkkürüidrakdüşüncə tərzi özünü büruzə verirÜmumiyyətlətapmacalara adi uydurmaoyun kimi baxmaq düz geyilHər bir tapmacadadövrün ovqatıhəm  öyrətməköyrənmək meyili güclüdür: "Əl ilə tutmaq olmazgöz iləgörmək olmaz" (Külək).

 

Hər yan ələk-vələkdir,

İşi tamam kələkdir.

Dəyirmana can verər,

Xırmana da gərəkdir (Külək).

 

* * *

 

Üç qardaşım var,

Biri suluyur,

Biri üfürür.

Biri bitirir (YağışYelGünəş).

Xalq hələ qədim dövrlərdən küləyə Allahın qüdrəti kimi baxmışona mehr  məhəbbətgöstərmişdir. Hətta bu barədə dini ədəbiyyatlarda da müəyyən məlumatlar var. Qurani-Kərimdə  küləyin Allah tərəfindən göndərildiyi  onun mərhəmətliqəzəblixüsusiyyətlərə malik olduğu qeyd edilir. Nənələr həmişə söyləyib: "Yel əsdirənisöyləməzlər", "Yelin adına nəzir deyərlər".

İnanclara görəYel çərşənbəsi axşamı ağac altında durub niyyət edərlər  Yel babanıköməyə çağırarlar. Əgər həmin anda meh hiss etsən  ağacın budaqları torpağa toxunsademəliarzun yerinə yetəcəkTanrı diləyini eşidib. Qədim zamanlarda xırmanın mövcudolduğu vaxtlarda Yellə bağlı yaranmış ən çox inanclar taxıllaçörəklə xırmanla bağlı olardı.Hətta bəzi yerlərdə Küləyi tərənnüm edərək onun şəninə ağız-ağıza verərək nəğməoxuyarmışlar. Buna el arasında "Yel babamərasimi deyərdilər:

 

Ay Yel babaYel baba,

Tez gəl babagəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən yığılıb dağ olsun,

Yel babamız sağ olsun.

 

Küləklə əlaqədar müxtəlif miflər  mərasimlər mövcuddur. Deyilənə görəNovruzbayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli ip əyirib hərəsini bir bağlamayayığaraq dizinin altına qoyubmuş. Birdən necə olursaaxırıncı bağlama qarının dizininaltından çıxıb kənara düşür. Qəzəblənən Fatı qarı Yelə qarğış edir: "Azarım-bezarım dəymişYel babahardan gəlib çıxdı axı?" Bu deyinməkdən sonra qarının o biri bağlamaları dadiyirlənməyə başlayır. Fatı qarı buna dözməyərək qarğışı-qarğışa calayır  onun bugileylərisöyüşləri öz başına bəla gətirir. Yel baba qarının iplərini qanadlarına alaraqüfüqlərə qədər aparır. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddirəngli qurşağadönərək göydə parıldayır. Qarı da  qədər edirsə Yel babanı vura bilir  ipləritutur. Odur kigur yağışdan sonra üfüqdə görünən yeddirəngli qurşağa el arasında "Fatıqarının hanasıda deyirlər. Sonralar Fatı qarı üzünü göyə tutaraq  qədər nəğmə oxusa daYel baba onu eşitmədi:

 

Yelli babam,

Yel babam.

Telli babam,

Tel babam,

Gül babam.

Dərdimi gəl bil babam,

Gəl babam, ay gəlbabam.

 

Artıq hər şey gec oldu. Qarının aşı təknədəbaşı çiynində qaldıOna görə  atalar deyibki küləkdən aman dilə küləyə qarğış elə. Bəlkə  elə buna görə ataların hikmətlisözlərini həmişə yada salmaq lazımdır: "Yel aparan yelinkiyerdə qalan mənimki", "Yeləsəndə yellənəryol görəndə yollanar", "Yel üfürdüsu töküldü", "Yel apardığınıqaytarmaz", "Yelə qoşulan uzağa getməz".

BeləcəBoz ayın müqəddəs çərşənbələrindən sayılan  təbiətin nemətləri ilə bağlı olanSudan içdikOddan keçdikKüləyin həzin mehinə bələndik. Qarşıdan isə müqəddəs Torpaqçərşənbəsi gəlir. İllərlə əl-ələ verərək bu əziz günlərin şərəfinə oxumuşuq: "Zəmzəm gəldiAtəş gəldiYel gəldiTəzə ömürtəzə məhsulil gəldi". Deyirlər kiÇərşənbə axşamı Tanrıancaq xoş sözləri eşidir. Həm  başqaları üçün edilən diləklər Allaha xoş gedir. MərhəmətliTanrıdan torpağımıza, el-obamıza firavanlıq diləyək. Bayram tonqallarına həsrət qalmışyurd yerlərimizə  bir yaz axşamında Novruz ellikcə qədəm qoya bilsin. Qoy o dağlardabizə həsrət qalan yurd yerlərində bayram küləkləri əssinil təzələnsinAmin!

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-8 mart.- S. 8.

 

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart