Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbənin yaradılacağı bildirilir.
Bu qərar AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bəyan edilib.
İclasda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradılması haqqında qərar qəbul olunub