Azərbaycanlı yeniyetmə müstəqil neyroşəbəkə yaradıb.
11-ci sinif şagirdi Fərid Ağayev bu neyroşəbəkənin qurucusudur.
9 yaşında “OpenBetaX” şirkətini təsis edən Fərid, yeni hazırladığı şəbəkəni qurmaq üçün iki il vaxt sərf edib.
“Gəncəvi AI” adlı süni intellekt proqramı “Chat GPT”, “Copilot Microsoft”, “Gemini Google” kimi proqramlardan heç də fərqlənmir.
Gənc bildirir ki, Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr səbəbindən yaratdığı neyro şəbəkənin adını “Gəncəvi” qoyub və bu şəbəkə ideyalar yaratmaq, tədrisə və tədqiqata kömək etmək, söhbət əsnasında istifadəçi ilə ünsiyyət qurmaqla həyatın bir çox sahələrində faydalıdır.
Neyroşəbəkə 3 dildə – azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Bu proqram Azərbayan dilində məlumatları günümüzdə populyar olan “Chat GPT”dən daha yaxşı çatdırır. Süni intellektə doğma dildə istənilən sualı verib bir neçə saniyə ərzində cavab ala bilərik.
Proqramın qurucusu investisiya qoyulsa Azərbaycanın da süni intellekt sahəsində dünyada liderlik edən ölkələr arasında ola biləcəyini düşünür.