Bakıda gender zorakılığı ilə bağlı seminarlar baş tutacaq.
Gender əsaslı zorakılığa məruz qalmış qadın və qızların mövcud müdafiə və dəstək mexanizmlərinə dair məlumatlandırılma kampaniyası Beynəlxalq Qadınlar Gününə həsr olunub. Seminarlar 6 və 9 mart tarixlərində müvafiq olaraq saat 19:00 və 14:00-da keçiriləcək.
Burada psixoloq, sosial işçi, həkim, müəllim, hüquqşünas və fəal icma üzvləri iştirak edə bilərlər.
Qeyd edək ki, kampaniya Yaponiyanın "Takeda Pharmaceuticals Company Limited" əczaçılıq şirkətinin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi "Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə" proqramı çərçivəsində “Gender Hub Azerbaijan” tərəfindən icra olunur.
Seminarlara qatılmaq istəyən şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.