Kateqoriya: Xəbərlər

Yeni fənn tədris olunacaq

post-img

Cəmiyyətdə baş verən məişət zorakılıqları yeni fənnin tədrisini labüd edir. Ötən gün MM-də keçirilən iclasda müzakirə mövzusu “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edilməsi idi.

Bu layihəyə görə, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaşı nəzərə alınmaqla, qarşılıqlı hörmət və yardım, mübahisələrin sülh yolu ilə həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil olunacaq. 

Səsverməyə çıxarılan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. 

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart