Kateqoriya: Xəbərlər

Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı baş tutub.

post-img

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib. İştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunmuşdur. 

3469 abituriyentin iştirak etdiyi imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində həyata keçirilmişdir.

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart