BDU-nun sosial elmlər və psixologiya, informasiya və sənəd menecmenti fakültələrinin əməkdaşları üçün təlim təşkil edilib.
Təlimçi olaraq rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edib. Təlimdə iştirakçılara tələbəyönlü və kompetensiya əsaslı tədrisin təşkilinə dair geniş məlumat verilib. Fakültənin akademik, inzibati və tədris köməkçi heyəti təlimdə iştirak edib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlim silsilə olaraq digər fakültələrdə də təşkil olunacaq.