Kateqoriya: Təlimlər

Mühüm və faydalı masterklass

post-img

Əziz gənclər, “Dil öyrənmə və danışıq strategiyaları” mövzusunda  masterklass keçiriləcək.


Danışıq strategiyaları təlimi bədii qiraətçi, Qiraət Mərkəzi MMC-nin direktoru, ölkədə ilk dəfə olaraq intonasiya üzrə vahid proqramın qurucusu Sadəgül Balaoğlanova tərəfindən aparılacaq. Təlimin proqramı:


Həyəcanın idarə olunması 

Təqdimat bacarıqları 

Bədən dili 


Dil öyrənmə təlimi Brainstorm Training Center-in direktoru, 5 ildən artıqdır ki, ingilis dilinin tədrisi üzrə fəaliyyət göstərən, həm yerli, həm də beynəlxalq təlimlərdə (120 hours Tesol/Tefl, International Teacher Training və.s) iştirak edərək öz “brainstorm” metodunu yaratmış Xanım Səmədzadə tərəfindən aparılacaq. Təlimin proqramı:


Dinləmə, yazı, oxu və danışıq bacarıqlarının inkişaf strategiyaları

Beynəlxalq metodların tətbiqi

Praktiki məşğələ


Təlim ödənişsizdir və yalnız iştirakı ilə bağlı təsdiq alan şəxslər masterklassda iştirak edəcəklər.


Qeydiyyat linki: https://linktr.ee/guyspu


Masterklass GUYS İctimai Birliyi, Qiraət Mərkəzi və Brainstorm Training Center-in əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart