Kateqoriya: Xəbərlər

İyulda 874 nəfərin diplomu tanınıb

post-img

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, iyul ayı üzrə 1 134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 234, dövlət nümunəli olmayan diplom səbəbindən 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən isə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyədən 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciət daxil olub.

Ən çox müraciət olunan ixtisaslara gəldikdə isə maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, biznesin idarəedilməsi üzrə 54 müraciətçi qeydə alınıb.  

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib.

Qeyd edək ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.



Mənbə:edu.gov.az

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart