"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində təşkil edilən yay məktəbinin birinci mərhələsi yekunlaşıb.
Yay məktəbinin məqsədi məktəblilərə tətil müddətində əyləncəli və öyrədici proqramlar təşkil etməklə onların asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.
İyul ayını əhatə edən birinci mərhələdə 5 və 6-cı sinif şagirdlərindən ibarət 970 nəfər iştirak edib.
Yay məktəbində şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, həmçinin müxtəlif idman yarışları, ekskursiyalar təşkil olunub.
Məktəblinin dostları şagirdlər üçün “Yol hərəkəti qaydaları”, “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi”, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” mövzuları üzrə maarifləndirici təlimlər həyata keçiriblər.
Qeyd edək ki, yay məktəbi iki mərhələdə təşkil olunur. İyul ayında 5 və 6-cı sinif şagirdləri, avqust ayında isə 7 və 8-ci şagirdləri məktəbə cəlb olunurlar. Yay məktəbi həftəiçi hər gün saat 9:00-dan 14:00-dək davam edir. Məktəbdə iştirak edən şagirdlərə sertifikatlar verilir.
Mənbə:edu.gov.az