‘’Bir şeyi sadə izah edə
bilmirsinizsə, onu kifayət qədər yaxşı başa düşmürsünüz.’’
Albert Eynşteyn.
Öyrənmə üsülları müxtəlif ola bilər, lakin onların ən
effektlisi Feynman metodudur. Nədir Feynman
metodu? Feynman metodunu üç sözlə ifadə etsək ‘’Öyrənmək üçün öyrət’’ deyə bilərik.
Nobel mükafatı alan fizikaçı Richard Feynmanin kəşf etdiyi metoddur. Bu metod
sayəsində çətin və istənilən mövzunu 4 addımda rahat şəkildə mənimsəmək mümkündür. Gəlin
birlikdə bu metodun necə tətbiq edildiyini öyrənək.
1.Addım: Mövzunu müəyyənləşdir
2.Addım: Öyrən və bilməyən birinə anlat
3.Addım: Gözdən keçir və təkrar öyrən
4.Addım: Sadələşdir və oxşarlıqlar qur
1.Addım: Mövzunu müəyyənləşdir
Boş bir kağıza öyrənmək istədiyimiz mövzunun
başlığını qeyd edirik. Və beləliklə biz
öyrənmək istədiyimiz mövzunu dəqiq müəyyənləşdirmiş oluruq.
2.Addım: Öyrən və bilməyən birinə anlat
Ilk öncə müəyyən
etdiyimiz mövzunu öyrənirik daha sonra bir uşağa yaxud mövzuya dair bir fikri
olmayan birinə onun anlayacağı şəkildə anlatırıq. Və yaxud 1.addımda başlığını
doldurduğumuz boş bir kağıza yenə mövzuya dair heç bir fikri olmayan şəxsin
anlayacağı şəkildə yazırıq.
3.Addım: Gözdən keçir və təkrar öyrən
Öyrəndiyiniz
mövzunu anlatarkən bir sıra əksikliklər həmçinin dolandığınız yerlər olacaq bu
zaman bu boşluqları doldurmaq üçün yenidən mövzuya geri dönüb nəzər yetiririk
4.Addım: Sadələşdir və oxşarlıqlar qur
Son olaraq
mövzuya uyğun bənzərliklər qur. Bir mövzunu başqa bir mövzu ilə əlaqəndirməyə
çalış. Bu addımda üç alt maddəyə diqqət etmək lazımdır.
1) Anlatırkən diqqət etməyimiz gərəkən ilk nöqtə,
mövzunu sadələşdirmək
2) Mövzunu anlatırkən çox sadə günlük hadisələrlə yaxud
örnəklərlə anlatmaq
3) Öyrəndiyiniz mövzulara duyğularınızı qataraq öyrənin.
Araşdırmalara əsasən, duyğularımızı qataraq öyrəndiyimiz biliklər unudulması ən
zor biliklərdir.