Kateqoriya: Təhsil

SWOT təhlili

post-img

Müvəffəqiyyətli bir iş aparmaq üçün səmərliliyi təmin etmək üçün daimi olaraq təhlillər aparmaq lazımdır. Zahirən sadə görünsə də, obyektiv qiymətləndirmə aparmaq üçün SWOT təhlili sizə bu mövzuda yardımçı olacaq. SWOT təhlili şirkətin və ya fərdi məhsulun bazarda necə inkişaf edəcəyini müəyyən edən, şirkətin daxili və xarici mühit amillərini qiymətləndirən strateji planlaşdırma metodudur.

SWOT təhlinin komponentləri:

Hər bir SWOT təhlili aşağıdakı dörd kateqoriyanı əhatə edir

 S   (Strength)-Güclü tərəflər

W  (Weaknesses)-Zəif tərəflər

O  (Opportunities)-İmkanlar tərəflər

T  (Threats)-Təhlükələr tərəflər

Güclü və zəif tərəflər şirkətin daxili mühitini imkanlar və təhlükələr isə şirkətin xarici mühitini analiz edir.

1.Güclü tərəflər

Güclü tərəfləri analiz edərkən təşkilatın nədə üstün olduğu, onun rəqabət mühitində nələr ilə fərqləndiyi müəyyənləşdirilir. Məsələn savadlı komanda, yüksək ixtisaslaşma, liderlik keyfiyyətləri, yaradıcılıq və çeviklik aiddir.

2.Zəif tərəflər

Zəif cəhətlər təşkilatın optimal səviyyədə fəaliyyət göstərməsinə mane olur. Bunlar biznesin rəqabətə davamlı olması üçün təkmilləşdirməli olduğu sahələrdir. Zəif cəhətlərə əsasən, rəqabət qabiliyyətinin zəif olması, resurslarda çatışmazlıq, ixtisaslı kadrların azlığı, davamsızlıq və zəif büdcənin olması aiddir.

3.İmkanlar

İmkanlar təşkilata rəqabət üstünlüyü verə biləcək əlverişli xarici amillərə aiddir. Bunun üçün xarici mühiti daim araşdırmalı, xaricdə baş verənləri təşkilat daim nəzərə almalıdır.

4.Təhlükələr

Təhlükələr təşkilata zərər verə biləcək amillər aiddir. Məsələn quraqlıq ərazidə buğda əkmək müəssisə üçün təhlükədir çünki məhsul məhsuldarlığı məhv edə və ya azalda bilər digər amillərə gözlənilməyən rəqəbətin artması istifadə olunan materialların qiymətinin artması.

SWOT təhlilini necə etmək olar

Aşağıda qeyd olunan suallara cavab tapmaqla siz müəssənizin daxili və xarici mühitini rahatlıqla aşkarlaya bilərsiniz.

Güclü tərəflər

1.Rəqabət üstünlüklərimiz nədir?

2. Hansı resurslarımız var?

3. Hansı məhsullar yaxşı işləyir?

Zəif tərəflər

1. Harada təkmilləşdirə bilərik?

2. Hansı məhsullar zəif işləyir?

3. Resurslarımız harada çatışmır?

İmkanlar

1. Hansı yeni texnologiyadan istifadə edə bilərik?

2. Biz əməliyyatlarımızı genişləndirə bilərikmi?

3. Hansı yeni seqmentləri sınaqdan keçirə bilərik?           

Təhlükələr

1. Hansı qaydalar dəyişir?

2. Rəqiblər nə edirlər?

3. İstehlakçı meylləri necə dəyişir?

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart