Kateqoriya: Təhsil

21-ci əsr bacarıqları

post-img

Hər bir dövr öz tələbləri ilə bərabər gəlir. 21-ci əsrin də öz tələblərinə uyğun bacarıqları var. 

Bəs, 21-ci əsr bacarıqları nədir?

21-ci əsrin bacarıqları bu günkü tələbələrin informasiya əsrində karyeralarında uğur qazanması üçün lazım olan qabiliyyətlərdir.


4K (Öyrənmə və İnnovasiya)

Kreativ düşüncə (Tənqidi)

Kreativ düşüncə (Yaradıcı)

Kommunikasiya (Ünsiyyət)

Kooperasiya (Əməkdaşlıq)


Tənqidi düşüncə və yaradıcı təfəkkür:

Verilənləri analiz etmək;

Problemləri aşkar etmək və həll yolları tapmaq eyni zamanda onları dəyərləndirmək;

Dəqiq və düzgün qərar qəbul etmək;

Yeni innovativ ideyalar irəli sürmək və yaradıcı həll yolları düşünmək.


 Əməkdaşlıq və ünsiyyət:

Müxtəlif yanaşmaları başa düşmək və qəbul etmək;

Ümumi məqsədlər üçün müxtəlif qruplarda effektiv iştirak etmək;

İştirak etdiyi qrupların üzvlərinə qarşı məsuliyyətli və hörmətcil olmaq;

Şifahi və yazılı ünsiyyətdən effektiv istifadə etmək;

Bilikləri və ideyaları müxtəlif auditoriya və məqsədlər üçün effektiv şəkildə çatdırmaq.        


  Həyati və karyera bacarıqları

Çeviklik və uyğunlaşmaq

Liderlik

Təşəbbüskarlıq

Produktivlik

Sosiallıq


Çeviklik və uyğunlaşmaq:

Yeni strategiyalar yaradılarkən uyğunluq və çeviklik göstərmək.


Liderlik və təşəbbüskarlıq:

Məqsədlərə çatmaq üçün kollektivi həvəsləndirmək;

Ümumi məqsədlər zamanı layihələr planlar və strateji həll yolları taparkən təşəbbüskarlıq göstərmək və müstəqil işləyə bilmək.


Produktivlik və sosiallıq:

Məhsuldar çalışmaq çox iş etmək demək deyil;

Əksinə daha az, kefiyyətli və təminedici şəkildə işləməkdir;

Məhsuldar olmaq  bir sıra ünsürün zəncirvari şəkildə tətbiq olunması ilə reallaşır.


Rəqəmsal savadlılıq bacarığı:

İnformasiya savadlılığı

Media savadlılığı

Texnoloji savadlılıq


 İnformasiya savadlılığı:

Etibarlı və dəqiq məlumatları müəyyən etmək;

Məlumatı necə tapmağı düzgünlüyünü qiymətləndirməyi və müxtəlif vəziyyətlərdə tətbiq etməyi öyrədir.


Media savadlılığı:

Medianı düzgün oxumağa, təhlil etməyə, tənqidi yanaşmağa, manipulyasiyanı görməyə imkan verən bacarıqdır;

Məlumatları analiz etmək dəyərləndirmək.


 Texnoloji savadlılıq:

Rəqəmsal texnologiyadan,telefonlardan, cədvəllərdən düzgün istifadə etməklə verilənləri yaratmaqla düzgün təqdim etmək.

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart