Kateqoriya: Müsabiqələr

UNEC-də müsabiqə: “Vətənimizi yaşıl rəngə bürüyək!”

post-img

“Yaşıl UNEC ili” çərçivəsində Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və THİK tərəfindən “Vətənimizi yaşıl rəngə bürüyək!” mövzusunda EKO İDEYA müsabiqəsi elan olunur.

 

Müsabiqənin keçirilmə məqsədi:

  • Gənclərin ekoloji maarifləndirilməsi;
  • İctimai fəallığın artırılması;
  • Gənclərin ekoideyalar formalaşdırmağa  təşviq edilməsi.

Təqdimatları qiymətləndirərkən 3 meyar əsas götürüləcək:

  • Bildirilən ideyanın reallaşmasının mümkünlüyü;
  • İdeyanın orijinallığı;
  • Sözügedən ideyanın ekoloji mədəniyyətin formalaşmasına  təsiri.

Müsabiqənin mərhələləri:

  • I mərhələ - seçim mərhələsi (27.02.2024 – 07.03.2024 );
  • II mərhələ - EKO İDEYAnın təqdimatı (11.03.24-04.04.2024);
  • III mərhələ - qaliblərin müəyyənləşdirilməsi (05.04.2024).

Müsabiqənin şərtləri:

  • Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək mümkündür;
  • EKO İDEYA azərbaycan dilində Vord və ya Pover Point formatında  təqdim olunmalıdır;
  • Titul vərəqində  mövzu, iştirakçının ad, soyad, atasının adı, fakültə, qrup elmi rəhbər göstərilməli;
  • Tanıtım mətni 1 səhifədən çox olmamalı.

Müsabiqənin qalibləri:

I, II, III yerə layiq görülən tələbələrə  hədiyyələr təqdim ediləcək. Bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart