Kateqoriya: Müsabiqələr

III Bakı Elm Olimpiadası keçiriləcək

post-img

BŞTİ tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadası təşkil olunacaq.

Olimpiada BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçiriləcək. Əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını artırmaq, onların bu sahədə biliklərini təkmilləşdirmək, praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq və istedadlı şagirdləri müəyyənləşdirməkdəm ibarətdir.

Olimpiada 9-cu və 10-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil ediləcək.

İlk mərhələdə iştirak edən komandalar 29 fevral 2024-cü il tarixinədək elektron qeydiyyatdan (https://forms.gle/VxUrKEVtWB5tXodA7) keçməlidirlər.

İlk mərhələ 9 martda keçiriləcək. Ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə əldə edəcəklər.

I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.

BŞTİ qaliblərə diplom, medal və hədiyyələr təqdim edəcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif ediləcək.

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart