Kateqoriya: Təhsil

Yaponların 5S metodu

post-img

Bildiyimiz kimi Yaponlar bir sıra xüsusiyyətlərinə görə seçilirlər, xüsusilə də yaşam səviyyələrinə görə. Keyfiyyətli bir yaşam üçün Yaponların istifadə etdiyi xüsusi bir metod var ki,bu metodun adı 5S metodudur. 5S metodu Seiri (çeşidləmə), Seiton (tənzimləmə),Seiso(təmizlik), Seiketsu(standartlaşdırma) və Sitsuke (intizam) sözlərinin baş hərflərini özündə birləşdirərək 5S adlanır.  Burada əsas məqsəd standartların olmaması və standartların olmaması nəticəsində yaranan itkiləri aradan qaldıraraq səmərəli iş mühiti və həmçinin həyat tərzi yaratmaqdır.

1.Seiri (çeşidləmə)

5S metodunu ilk həlqəsi olan Seiri lazımsız materialların iş mühitindən çıxarılmasına və onların istifadə tezliyinə görə təsnifləşdirilməsinə əsaslanır. Əgər bir ildir istifadə etmədiyiniz bir əşya varsa artıq o əşya sizə aid deyildir ondan qurtulmağın zamanı gəlmişdir. Yəni ki bu zamana qədər həmin əşyanı  istifadə etməmisinizsə bundan sonra da istifadə etməyəcəksiniz. Əks halda həmin əşya sizin üçün maddi və ya mənəvi yük olaraq qalacaq. Digər addımların effektiv olması üçün bu ilk addımın yaxşı yerinə yetirilməsi vacibdir.

 

 2.Seiton (tənzimləmə)

Burada baş verməli olan, mövcud əşyaların düzgün yerləşdirilməsidir. Daha vacib əşyaların əlçatanlıq səviyyəsini artırmaq baxımından üstünlük təmin edir. Təsnifat üsulu məntiqi nizam baxımından sizə böyük rahatlıq gətirir. Nəyisə axtarmağa sərf etdiyiniz enerjini minimuma endirməyinizə yardımçı olur həmçinin stress və vaxt itkisi kimi faktorları da aradan qaldırmış olursunuz. Xülasə Seiton təsnifat üsulu bir maddəyə daha asan çatmağı hədəfləyir.


 3.Seiso (təmizlik)

İşinizi və yaşayış yerinizi mümkün qədər təmiz saxlayın. Bu təmizlik və nizam sizin işləmək həvəsinizi artıracaq və sizi daha məhsuldar edəcək. Bundan əlavə dağınıqlığın səbəb olduğu arzuolunmaz qəzaların da qarşısını alacaq.


 4.Seiketsu (standartlaşdırma)

Rutin qurmaq ilk üç maddəni həyatınızın müəyyən bir nöqtəsində tətbiq etmək və buraxmaq əvəzinə ardıcıl olaraq bütün həyatınıza daxil etmək deməkdir. Yəni digər üç maddəni həyatınızda standartlaşdırıb davamlı olaraq icra etməlisiniz.


 5.Sitsuke (intizam)

Sonuncu məsələ işin ciddiliyini dərk etməkdir. Bu qurulmuş rejimi intizamlı şəkildə tətbiq etmək lazımdır. Müəyyən bir müddətdən sonra beyin şüurlu şəkildə edilən bu işləri vərdiş halına gətirəcək və bunun edilməsi olduğunu düşünərək avtomatik olaraq sizə istiamət verəcəkdir.  Bu vəziyyətə çatan qədər intizamlı bir şəkildə verdiyiniz qərarları və həyatınızda tətbiq edilməsi lazım olan üsulları tətbiq etməlisiniz.

Uyğun Postlar

Haqqımızda

Tehsil.info-Təhsil,Yaradıcılıq sahəsində ən yeni xəbərləri yayımlayan, müxtəlif təhsil istiqamətlərində elmi,faydalı məzmunlar yaradan, bu sahədə yeni elanları bölüşən təhsil portalıdır.

Cart