Müasir Psixologiya Mərkəzinə Ofis meneceri tələb olunur.
Namizədin vəzifə öhdəlikləri:
Daxil olan zəngləri cavablandırıb lazımi şəxsə yönəltmək;
Qonaqları qarşılamaq və aidiyyəti şəxslə görüşdürmək;
Ofis daxili işləri icra etmək;
Təlimləri koordinasiya etmək və keçirilən təlimlərdə birbaşa iştirak etmək;
Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Namizəd üçün tələblər:
Ali təhsil (Psixologiya sahəsində olması üstünlükdür);
Dil bilikləri (Azərbaycan və rus dillərini mükəmməl bilmək);
Kommunikasiya bacarıqları və komandada işləmək qabiliyyəti mütləqdir.
İş rejimi:
6 günlük iş qrafiki və AR Əmək Məcəlləsinə uyğun sənədləşdirmə.
Qeyd: Uyğun namizədlər CV nümunələrini “Ofis meneceri” başlığı altında psixoloq.org@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.